Kormak MakKarti
Yazıçı, prodüser, ssenarist
Kormak MakKarti 20 iyul 1933-cü ildə ABŞ-ın Rod-Aylend ştatında anadan olub. Amerikalı tanınmış yazıçı, dramaturq və ssenaristdir. Əsas janrları cənub qotikası, vestern, postapokaliptikadır. “Yol” romanına görə "Pulitzer" mükafatı və Ceyms Teytin xatirəsinə həsr edilən mükafata layiq görülüb. 1992-ci ildə Kormak MakKarti “Atlar” romanına görə "Amerika Milli Kitab Mükafatını" və Ədəbiyyat tənqidçilərinin mükafatını qazanıb. 2005-ci ildə “Qocalara burda yer yoxdur” romanı işıq üzü görüb. Bestsellerin kollosal uğurundan sonra 2007-ci ildə kitab əsasında eyniadlı film çəkilib. Həmin film 4 “Oskar” mükafatına layiq görülüb (o cümlədən ən yaxşı film nominasiyasında qalib gəlib). Onun 1985-ci ildə yazdığı “Qanlı Meridian” əsəri 20-ci əsrdə ingilis dilində yazılmış ən yaxşı kitabların yüzlüyünə daxil edilib. Böyük kinoda daha çox “Yol” (2009), “Qocalara burda yer yoxdur” (2007), “Müşavir” (2013), “Cilovlanmaz ürək” (2000) filmlərinin ssenaristi kimi tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: