Kuzma Bodrov
Bəstəkar
Kuzma Bodrov – rusiyalı bəstəkar, pianoçu və pedaqoqdur. 7 iyun 1980-cı ildə Qırğızıstanın Oş şəhərində anadan olub. Uşaq yaşlarında skripka və fortepiano dərslərinə gedib. Həmin illərdə eyni zamanda musiqi bəstələməyi öyrənib. 1996-2000-ci illərdə Bişkek şəhər musiqi peşə məktəbində oxuyub. 2005-ci ildə Moskva Dövlət Konservatoriyasının məzunu olub. 2008-ci ildə isə konservatoriyada aspiranturanı bitirib. Bir sıra beynəlxalq və yerli musiqi müsabiqələrinin qalibidir, çoxsaylı kompozisiyalar bəstələyib. 2011-ci ildə Rusiyada “Muzikalni Obozreniye” versiyasına görə ilin adamı seçilib. 2013-cü ildə “Köhnə pianonun nağılları” cizgi filminə görə Rusiya dövlət mükafatına layiq görülüb. Kinoda daha çox müharibə janrında olan, 2018-ci ildə böyük ekranlara çıxmış “Sobibor” filminin bəstəkarı kimi tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: