Anna Çernakova

Anna Çernakova

Operator, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Anna Çernakova 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq, Rusiya) şəhərində anadan olub. Ssenarist, rejissor və prodüser fəaliyyəti ilə məşğuldur. Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Rusiya, Britaniya və Kanadada yaşayıb-yaradır. “Albalı bağı” filmi 1994-cü ildə Minsk kinofestivalında “Qran-pri” mükafatını qazanıb, bir sıra beynəlxalq film festivallarında iştirak edib. “Duman mövsümü” filmi “Russkoye Zarubejye” festivalında əsas mükafatı götürüb (2009). “İtlərin cənnəti” filmi Vıborqda keçirilən “Avropaya açılan pəncərə” festivalında (2013) münsiflər heyətinin Xüsusi mükafatına layiq görülüb. 2018-ci ildə müharibə janrında olan Xabenskinin “Sobibor” filminin ssenaristlərindən biri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.kino-teatr.ru/kino/director/ros/34912/bio/

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç