Holli Hanter

Holli Hanter

Aktrisa

BİOQRAFİYA

Holli Hanter 20 mart 1958-ci ildə ABŞ-ın Corciya ştatında fermer və evdar qadının ailəsində anadan olub. Pitsburq şəhərinin Karneqi universitetində ali təhsil alıb. Universiteti bitirdikdən sonra "City Theatre" teatrında çalışıb, bir neçə tamaşada ikinci dərəcəli rollarda çıxış edib. Los-Ancelesə köçdükdən sonra Koen qardaşları ilə bir mənzildə qalıb. Həmin vaxtdan bəri dost qalan qardaşlar, çəkdikləri “Arizonanın tərbiyyəsi” (1987) və “Harda qaldın, ay qardaş?” (2001) filmlərində Hanterə rol verib. Kinoda aktrisa kimi debütünü “Yandırma” adlı qorxu filmində edib. Ancaq ona uğur gətirən ilk rolu “Televiziya xəbərləri” komediyasında yaratdığı obraz olub. Hanter “Oskar” və “Qızıl Qlobus” mükafatına namizəd olub. Sonradan bir müddət televiziya layihələrində çalışıb, mini-seriallarda oynadığı rollara görə iki dəfə “Emmi” mükafatına layiq görülüb. Hollinin böyük kinoya qayıdışı 1993-cü ildə baş verib. “Piano” və “Firma” filmlərinə çəkilib. Birinci film onun karyerasının ən şanlı lentinə çevrilib. Həmin filmə görə ən yaxşı aktrisa nominasiyası üzrə “Oskar” mükafatını qazanıb. 2008-ci ildə Hanterin adına Şöhrət xiyabanında ulduz lövhə salınıb. Eyni zamanda "Super Ailə" cizgi filmində əsas personajlardan birini səsləndirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Holly_Hunter

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç