Aleksandra Ursulyak
Aktrisa
Aleksandra Ursulyak 4 fevral 1983-cü ildə Moskvada (Rusiya) rejissor Sergey Ursulyak və aktrisa Qalina Nadirlinin ailəsində dünyaya göz açıb. 2003-cü ildə Moskva İncəsənət Teatrı nəzdində studiya-məktəbini bitirib və A.S. Puşkin adına Moskva Dram Teatrının truppasına qəbul olunub. “Qara şahzadə” əsərində canlandırdığı Culiana obrazına görə 2003-cü ildə “Kumir” mükafatı ilə təltif olunub. Kinoda debütü 2003-cü ildə baş tutub. Andrey Kavunun “Vağzal” serialına çəkilib. 2017-ci ildə “Birincilər zamanı” (2017) adlı filmdə rol alıb. Aktyor Aleksandr Qolubevlə evlidir. İki övladı var. 2013-cü ildə ən yaxşı aktrisa nominasiyası üzrə “Teatr ulduzu” mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: