Anatoli Kotenyov

Anatoli Kotenyov

Aktyor

BİOQRAFİYA

Anatoli Kotenyov 25 sentyabr 1958-ci ildə Suxumidə (Gürcüstan) anadan olub. Orta məktəbi bitirdikdən sonra Sverdlovksa köçüb və orada Teatr Peşə Məktəbinə daxil olub. Daha sonra hərbi xidmətə yollanıb. Xidməti başa vurduqdan sonra Moskva Bədii Teatrının studiya-məktəbinə qəbul olunub. Tələbəlik illərində rejissor Qriqori Aronov onu “Naməlum əsgər” telefilmində Andrey roluna dəvət edib. Film tamaşaçıların və kinotənqidçilərinin rəğbətini qazanır və aktyor uzun müddət yaddaşlarda qalır. Ancaq ona şöhrət qazandıran filmi Vadim Kostromenkonun lentə aldığı “Məxfi farvater” bədii filmi olub. Bu gün Anatoli Kotenyov ən populyar belarus aktyorlarından sayılır. Rusiya və Belarusda çoxsaylı serial və kinolara çəkilib. Belarusun əməkdar artistidir. 1997-ci ildə “Sotajarı” kinofestivalında “Qara qutu” filmində oynadığı rola görə mükafata layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.kino-teatr.ru/kino/acter/m/ros/2196/bio/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç