Konstantin Xabenski

Konstantin Xabenski

Aktyor, ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Konstantin Yuryeviç Xabenski 11 yanvar 1972-ci ildə Leninqrad şəhərində (indiki Sankt-Peterburq, Rusiya) anadan olub. 2006-cı ildə Rusiyanın əməkdar artisti adını qazanıb. 2012-ci ildə Rusiyanın xalq artisti olub. “Kinopoisk” saytının məlumatlarına əsasən Xabenski 21-ci əsrin ilk 15 ili ərzində Rusiyanın ən məşhur aktyorudur. 2000-2005-ci illərdə yayımlanan “Ölümcül qüvvə" (Убойная сила) serialında oynadığı əməliyyatçı İqor Plaxov rolu ilə dünya şöhrəti qazanıb. Həmçinin “Gündüz gözətçisi” və “Gecə gözətçisi” filmlərində oynadığı Anton Qorodetski rolu ilə kino tənqidçiləri və tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa “Hərəkətdə” (2002), “Bizimkilər” (2004), “Ştat müşaviri” (2005), “Admiral” (2008), “Kollektor” (2016), “Selfi” (2018) kimi filmlərə və “Metod” (2015) serialına çəkilib. Aktyorun istedadı eyni zamanda Hollivud rejissorları və prodüserlərinin diqqətindən yayınmayıb. 2008-ci ildə “Xüsusi təhlükəli”, 2011-ci ildə isə “Casus” filminə çəkilib. 2014-cü ildə Cud Lounun baş rol oynadığı “Qara dəniz” filmində rusiyalı ekipaj üzvü obrazını yaradıb. 2018-ci ildə kinorejissor olaraq debüt işi “Sobibor” filmini böyük ekranlara çıxarıb. Filmdə eyni zamanda baş rolu oynayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%B1%D0%B5%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%9A%D0%BE%D0%BD%D1%81%D1%82%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BD_%D0%AE%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç