Vensan Maken
Aktyor, ssenarist, prodüser, operator
Vensan Maken 19 oktyabr 1976-cı ildə Parisdə məşhur fransız biznesmeni və İran əsilli rəssamın ailəsində dünyaya göz açıb. Böyük qardaşı məhkəmə tibbi ekspertidir. 1999-cu ildə Vinsent Parisdə Milli Dram Sənəti Konservatoriyasına qəbul olunub. 2002-ci ildə təhsilini başa vurub. 2004-cü ildə ilk tamaşasını qoyub. 2000-ci illərdə bir neçə teatr tamaşasında aktyor olaraq çıxış edib, teatr üçün bir neçə pyes yazıb. Daha çox Fyodor Dostoyevskinin eyniadlı romanı əsasında qoyduğu “İdiot” tamaşası ilə şöhrət qazanıb. 2012-ci ildə rejissor olaraq “Bizdən nə qalacaq” adlı qısametrajlı filmini çəkib. Həmin film “ən yaxşı qısametrajlı film” kateqoriyası üzrə “Sezar” mükafatına namizəd olub. Paralel olaraq Fransada istehsal olunan filmlərə aktyor olaraq dəvət alıb. “14 iyulda qız” filminə görə ən perspektivli gənc aktyor kateqoriyası üzrə “Sezar” mükafatına namizəd olub. 2014-cü ildə Vensan Makenin “Qəmginlik klubu” və “Cənnət” filmlərinə çəkilib. 2015-ci ildə çəkildiyi “Dostlar” filmində oynadığı rola görə “Lümyer” kinomükafatına namizəd olub. Son illər çəkildiyi ən əlamətdar film “Bayram Həşiri” (2017) komediyası sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%B5%D0%BD,_%D0%92%D0%B5%D0%BD%D1%81%D0%B0%D0%BD