Hyu Kiyas-Börn
Aktyor, rejissor
Hyu Kiyas-Börn 18 may 1947-ci ildə Hindistanın Şrinaqar vilayətində, Britaniya əsilli ailədə anadan olub. Hələ körpə vaxtında valideynləri Böyük Britaniyaya köçüb. 1968-1972-ci illər ərzində Kral Şekspr kampaniyasının, eyni zamanda “Doktor Faust”, “Eyvan”. “Kral Şir”. “Moda adamı”, “Tufan”, “Tilsimlənmiş ada”, “Troyl” və “Kressida” tamaşalarında iştirak edib. Televiziyada ilk aktyor işi 1967-ci ildə Böyük Britaniya televiziyasında "Boy Meets girl" proqramı olub. 1973-cü ildə Kral Şekspir kampaniyası ilə Avstraliyaya gedir və tur sona çatdıqdan sonra elə orada da qalır. 1978-ci ildə “Ölüm qatarı” filmində oynadığı roldan sonra onu dünyada tanıdan, Corc Millerin ”Dəlisov Maks” elmi fantastik filmində “Toecutter” qrupunun rəhbəri roluna dəvət alır. 80 ci illərdə "The Chain Reaction" (1980), "Strikebound" (1984), "Starship" (1985) və "Blood of Heroes" (1989) filmlərində çəkilib. 1992 ci ildə “Qarşıdurma” filmində baş rolda çəkilməklə bərabər rejissor kürsüsünü idarə edir. 2015-ci ildə Kiyas–Börn əsas qəddar obrazda “Dəlisov Maks.Qəzəb yolu” filmində ekrana qayıdır. Oynadığı rola görə “ən yaxşı qəddar” nominasiyasında MTV Movie mükafatına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B8%D1%8F%D1%81-%D0%91%D1%91%D1%80%D0%BD,_%D0%A5%D1%8C%D1%8E