Jil Lelluş

Jil Lelluş

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Jil Lelluş 5 iyul 1972-ci ildə Fransanın Kan şəhərində anadan olub. Fransalı rejissor, aktyor, ssenarist 50-dən çox filmə çəkilib. Anası katolik-irland, zərgər olan atası əlcəzairli yəhudidir. Floran kurslarını başa vurduqdan sonra, Jil Lelluş kinokaryerasına rejissor olaraq başlayıb. “2 minutes 36 de bonheur” və “Pourkoi...passkeu” kimi qısametrajlı filmləri ərsəyə gətirib. Həmçinin bir sıra müğənnilər üçün kliplər çəkib. Qiyom Kanenin “Necə deyirsən” və “Heç kəsə demə” filmlərinə aktyor olaraq çəkilib. Daha sonra “Havada olan məhəbbət” və “Kənarda qalmış sevgi” romantik komediyalarında rol alıb. Sedrik Klapişin “Paris”, Ariel Zeytunun “Maskalı quldurlar” filmlərinə çəkilib. 2010-cu ildə ilk dəfə olaraq kinoda özünü dramatik rolda sınayıb. “Kiçik sirrlər” adlı həmin filmdə rolu uğurlu alınıb və “ikinci dərəcəli aktyor” kateqoriyası üzrə “Sezar” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%BB%D1%83%D1%88,_%D0%96%D0%B8%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç