Jan-Pol Ruv

Jan-Pol Ruv

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Jan-Pol Ruv 26 yanvar 1967-ci ildə Fransanın Dünkerk şəhərində anadan olub. İlk dəfə böyük ekranlara “Robin Hudlar” komik truppasının tərkibində çıxıb. Həmçinin Fransanın populyar “Jüli Lesko” teleserialında epizodik rol oynayıb. Pa-de-Kaledə Dram incəsənət mərkəzində təhsil alır və 22 yaşı olanda İzabel Nantenın Paris kurslarına yazılır. Teatr səhnəsində Didro, Molyer, Con Fordun pyesləri əsasında qoyulmuş tamaşalarda çıxış edib. 1998-ci ildən etibarən Ruv böyük kinoya “ayaq basır”. İlk əvvəl epizodik rollarla bağlı təklifləri qəbul edir (“Silsilə qatil”, “Karnaval”, “Bəstəboy oğlan”), sonradan “Tanqi”, “Asteriks və Obeliks: Kleopatra missiyası” blokbasterlərinə çəkilir. 2002-ci ildə çəkildiyi “Yad qohum” dramı ona uğur qazandırır. Oynadığı rola görə “Sezar” mükafatı il təltif edilir. Daha sonra Ruvun iştirakı ilə “Necə desən” və “Mən, Sezaram” filmləri ekrana çıxır. 2004-cü ildə Ruv “Bizim eramızdan milyon il əvvəl” komediyasında çəkilib. Son illər çəkildiyi ən uğurlu film “Bayram Həşiri” (2017) komediyasıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%83%D0%B2,_%D0%96%D0%B0%D0%BD-%D0%9F%D0%BE%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç