Jan-Pyer Bakri

Jan-Pyer Bakri

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Jan-Pyer Bakri 24 may 1951-ci ildə Əlcəzairdə yəhudi ailəsində anadan olub. 1962-ci ildə Əlcəzairdə başlayan istiqlal müharibəsi ilə əlaqədar ailəsi Kanna köçüb. Əvvəl latın və fransız dili müəllimi olmaq niyyətində olub, ancaq 25 yaşı olanda Parisə yollanıb və reklam sahəsində işləməyə başlayıb. Paralel olaraq Rene Simonun masterklas kurslarında aktyor sənətini öyrənib. Bir müddət teatr tamaşalarında iştirak edib. Daha sonra kinoda – Alen Delonun çəkildiyi “Hərbi həkim” hərbi dramında anestezioloq rolunda debüt edir. 1985-ci ildə Lük Bessonun “Zirzəmi” filminə çəkilir. Məşğələlərin birində Jaui Anyeslə tanış olur. Onunla dostlaşaraq yaradıcılığında uzun illər Anyeslə əməkdaşlıq edir. Onunla birgə “Siqaret çəkənlər və çəkməyənlər” filminin ssenarisini yazıb. Həmçinin “Ailə abu-havası” filminə ssenari yazıb və filmdə rol alıb. Həmin filmə görə “Ən yaxşı ssenari” və “ən yaxşı ikinci dərəcəli aktyor" nominasiyası üzrə iki “Sezar” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%BA%D1%80%D0%B8,_%D0%96%D0%B0%D0%BD-%D0%9F%D1%8C%D0%B5%D1%80

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç