Süzanna Qrant

Süzanna Qrant

Ssenarist, prodüser

BİOQRAFİYA

Süzanna Qrant - amerikalı ssenarist, rejissor və prodüserdir. 2000-ci ildə “Erin Brokoviç” filminə yazdığı ssenariyə görə “ən yaxşı orijinal ssenari “kateqoriyası üzrə “Oskar” mükafatına namizəd olub. Qrant 1963-cü ildə Nyu-Yorkda dünyaya göz açıb. Nyu Cersinin Enqlvud şəhərində boya-başa çatıb. 1984-cü ildə Amhert kollecində təhsil alıb. Daha sonra isə Amerika kino sənəti institutuna qəbul olunub. Dramaturgiya ixtisası üzrə təhsilə görə təqaüd alıb və karyerasını 1994-cü ildə televiziya sahəsində başlayıb. “Fox”da yayımlanan “Biz beş nəfərik” serialının ssenari müəllifi olub. Növbəti ildə böyük ekranlarda debüt işi – “Pokaxontas” cizgi filmi nümayiş olunsa da, gözlənilən kassa gəlirini əldə etməyib. Habelə növbəti işi – 1998-ci ildə çəkilmiş “Daim sevgi hekayəsi” filmi ona böyük müvəffəqiyyət qazandırıb. Ardınca “Erin Brokoviç” filminə ssenari yazıb. Ən çox tanınan filmləri “28 gün” (2000), “Səndən uzaq” (2005), “Şarlottanın toru” (2006), “Solist” (2009) filmləridir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B0%D0%BD%D1%82,_%D0%A1%D1%8E%D0%B7%D0%B0%D0%BD%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç