Betti Tomas
Rejissor, aktrisa, prodüser
Betti Tomas Missuri ştatının Sent-Luis şəhərində anadan olub. Atens şəhərində yerləşən Ohayo universitetini bitirib, təsviri incəsənət üzrə bakalavr dərəcəsi alıb. Şoubiznesə qoşulmazdan əvvəl rəssam və Çikaqo orta məktəbində müəllimə işləyib. Çikaqoda fəaliyyət göstərən “İkinci qrup” komediya qrupuna qoşulub. “Gecə baxışı” (1975), “Çesti Anderson” (1976), “İşlənmiş avtomobillər” (1980) və “Böyük ayaqqabılar” (1980) filmləri, həmçinin “Şənlik fabrikası” (1976) teleşousuna çəkilir. 1989-cu ildə “Beverli Hills bölüyü” yumoristik filmində rol alır. Komediya janrına təmayül salsa da, gözləntilərinin tam əksinə“Blüz Hil küçəsi” (1981-1987) teleserialında oynadığı ciddi rol (polis zabiti Lüsil Beyts) ona şöhrət qazandırır. Həmin rol ona altı “Emmi” nominasiyası qazandırıb. 1985-ci ildə “ən yaxşı qadın rolu” kateqoriyası üzrə “Emmi” mükafatına layiq görülüb. Seriallarda ona olan tələbatın azaldığını görən Betti Tomas özünü rejissor kimi sınayıb. Əvvəl televiziyada çalışıb, bir sıra serialların rejissoru olub. Daha sonra böyük kinoya ayaq basıb. “Cütlüklər” (1994), “Mənim Sinəm” (1994), “Gecə növbəsi” (1996) kimi filmləri lentə alıb. Rejissor işinə görə iki dəfə “Emmi” mükafatına layiq görülüb. Kinorejissor olaraq ən əlamətdar işləri “Həkim Dulitl” (1998), “28 gün” (2000), “Hamını aldatmalı” (2002) filmləri hesab olunur.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: