Dilip Rao

Dilip Rao

Aktyor

BİOQRAFİYA

Dilip Rao 29 iyul 1973-cü ildə Los-Ancelesdə (ABŞ) anadan olub. Amerikalı aktyor karyerası ərzində çoxsaylı teleserial və bədii filmlərə çəkilib. 2009-cu ildə rejissor Sem Reyminin lentə aldığı “Məni cəhənnəmə sürüklə” qorxu filmində rol alıb. Böyük ekranlara 2009-cu ildə çıxan aktyor, Ceyms Kemeronun elmi-fantastik “Avatar” filminə ikinci plan aktyoru kimi dəvət alıb. Üçüncü ən uğurlu filmi Kristofer Nolanın “Başlanğıc” (2010) trilleri olur. Rao fizik və mühəndisin ailəsində anadan olub. Valideynləri əslən hinddirlər. Bacısı Nyu-York universitetinin professorudur. Dilip Kaliforniya universiteti və Klermont ali məktəbini bitirib. Daha sonra isə San-Fransiskoda Amerika teatr-konservatoriyasının mükafatını alıb. Təhsili başa vurduqdan sonra ilk aktyor debütünü “Hind cəmdəyi” pyesində edib. Daha sonra Dilip Los-Ancelesə köçüb və yerli teatrda səhnəyə çıxıb. "Jeopardy" televiziya intellektual oyununun həvəskarıdır. 2002-ci ildə həmin oyundan 34 min dollardan çox mükafat qazanıb. “Başlanğıc” filmində oynadığı Yusif roluna görə bir neçə samballı kinomükafata namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%BE,_%D0%94%D0%B8%D0%BB%D0%B8%D0%BF

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç