Elison Loman
Aktrisa
Elison Merion Loman 18 sentyabr 1979-cu ildə Kaliforniyanın Palm-Sprinqs şəhərində (ABŞ) doğulub. 9 yaşından teatr tamaşalarında səhnəyə çıxır. 11 yaşında komediya aktrisası olaraq ilk teatr mükafatını alıb. Məktəbi bitirdikdən sonra ali təhsil almamaq qərarına gəlib və Los-Ancelesə köçərək, orada kinokaryerasına start verir. Böyük kinoda debütü 1998-ci ildə baş tutub. “Ağ Oleandr”, “Möhtəşəm fırıldaq”, “İri balıq”, “Həqiqətən harada gizlənir”, “Gicbəsər”, “Məni cəhənnəmə sürüklə”, “Qeymer” və digər filmlərdə aldığı rollara görə tanınıb. 19 avqust 2009-cu ildə rejissor Mark Neveldaynla ailə qurub. 2010-2014-cü illər ərzində iki dəfə hamilə qaldığına görə çəkiliş meydançalarından uzaq durub. 2015-ci ildə “Vatikan yazıları” filmində epizodik rolda görünüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alison_Lohman