Reyçel Nikols
Aktrisa
Reyçel Emili Nikols amerikalı aktrisa və modeldir. 1980-cı ildə Oqaste şəhərində (ABŞ) anadan olub. Atası məktəb müəllimi idi. Reyçel orta məktəbdə oxuduğu illərdə yüngül atletika ilə məşğul olub. Yuxarı siniflərdə şagird mübadiləsi proqramı əsasında Fransaya yollanıb və 1 il orada oxuyub. 1995-ci ildə təhsili ilə paralel olaraq, model işləməyə başlayıb. “Abercrombie & Fitch”, “Guess”, “Loreal” kimi şirkətlərin reklamlarına çəkilib. Bir müddət MTV telekanalında aparıcılıq edib. 1998-ci ildə məktəbi bitirdikdən sonra Nyu-Yorkun Kolumbiya universitetinə daxil olub. İqtisadiyyat, psixologiya və dram sənəti üzrə təhsil alıb. 2003-cü ildə universiteti bitirib. Böyük kinoda debütü 2000-ci ildə “Nyu-Yorkda payız” romantik dramında epizodik rolla olub. 2002-ci ildə agentliyinin vasitəçiliyi ilə “Böyük şəhərdə seks” serialının dördüncü mövsümündə epizodik rola çəkilib. Elə həmin il “Gicbəsər və ondan da gicbəsər: Harrinin Lloydla tanışlığı” komediya filmində rol alıb. 2004-cü ilin avqustunda “Amitivil dəhşəti” filmində ikinci plan aktrisa kimi iştirak edib. 2004-cü ildə çəkildiyi “Atəş xətti” serialında aldığı rol ona uğur qazandırıb. Daha sonra 2005-ci ildə “Xüsusi şöbə” serialında FTB agenti RebekkaLok personajını canlandırıb. Ən əlamətdar filmi 2009-cu ildə böyük ekranlara çıxmış “Startrek” elmi-fantastik filmi sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rachel_Nichols_(actress)