Şon Hud
Ssenarist, prodüser, rejissor, montajçı
Şon Hud 13 avqust 1966-cı ildə Viskonsin ştatının Miluoki şəhərində anadan olub. Amerikalı ssenarist, prodüser, rejissor və operatordur. İki fərqli ixtisas – riyaziyyat və art-studiya üzrə Braun Universitetini bitirib. Daha sonra Hollivudda dekorator və art-direktor vəzifələrində çalışıb. Kinematoqrafiya sənəti məktəbində təhsilini davam etdirib və 1997-ci ildə məzun olub. Onun kinoda debüt işi (rejissor və ssenarist olaraq) “Utancaq və çılpaq” adlı qısametrajlı filmi olub. Daha sonra əsas diqqəti ssenaristliyə yönəldib.Yazdığı ilk ssenari əsasında 1999-cu ildə “Zülmətdə” adlı qorxu filmi ekranlara çıxıb. Daha sonra Şon qorxu filmləri üzərində ixtisaslaşmış “Dimension Films” studiyası ilə müqavilə bağlayır və “Helloin: Qiyamət” (2002) filminin ssenarisini satır. Onun ssenariləri əsasında “Kub 2”, “Qarğa 4: Qəddar iştirak” (2005), “Barbar Konan” (2011) və digər filmlər çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: