Con Lovits

Con Lovits

Aktyor, prodüser

BİOQRAFİYA

Conatan (Con) Lovits 21 iyul 1957-ci ildə Los-Anceles şəhərində (ABŞ) yəhudi ailəsində anadan olub. Valideynləri 1920-ci ildə Yass şəhərindən ABŞ-a köçüb. Əvvəl ailənin soyadı Yankuloviç olub. Mühacirətdən sonra soyadları “Lovits” deyə qısaldılıb. Teatr sənətini Kaliforniya universitetində öyrənib. 1979-cu ildə həmin universitetdi bakalavr dərəcəsi ilə bitirib. Aktyor sənətinin sirlərini Toni Barradan öyrənən Con, daha sonra "The Groundlings" komediya truppasının üzvlərindən birinə çevrilir və Fil Hartmanla dostlaşır. Kinoaktyor və komik müxtəlif teleşoularda yumoristik çıxışları ilə tanınır. Məşhur “Simpsonlar” cizgi serialında eyni vaxtda bir neçə personajı səsləndirib. Eyni zamanda “Xoşbəxtlik” (1999), “Doldurulmuş tapança 1” (1993), “Bədheybətlər tətildə” (animasiya) (2012), “Siçovul qaçışı” (2001) filmlərində oynadığı rollarla məşhurdur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D0%B2%D0%B8%D1%82%D1%86,_%D0%94%D0%B6%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç