Qlen Kloz

Qlen Kloz

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA

Qlen Kloz 19 mart 1947-ci ildə Qrinviç şəhərində (ABŞ) anadan olub. Amerikalı teatr, kino, televiziya aktrisası və müğənnidir. Altıqat “Oskar” mükafatı, iki qat “Qızıl Qlobus”, üçqat “Emmi” və üçqat “Toni” mükafatı namizədidir. Daha çox “Faciəli ehtiras”, “Təhlükəli əlaqələr” və “101 dalmatin” filmlərində aldığı rollarla məşhurlaşıb. Son illər əsasən televiziya layihələrində iştirak edir. “Sipər” polis serialında, daha sonra 2007-2012-ci illər ərzində “Mücadilə” teledramında rol alıb. Valideynləri yerli cəmiyyətin qaymaqlarından olub və Avropa milyonçuları arasında öz kübar nəsilləri ilə öyünüblər. Aktrisa uşaqlıq illərini Konqoda keçirib. Atası 16 il ərzində orada tibbi klinikaya rəhbərlik edib. Daha sonra valideynləri onu İsveçrəyə, internat-məktəbə göndərib. Aktrisa kimi 1974-cü ildə Kloz Brodveydə debüt edib. Onun səhnə bacarıqları tənqidçilərin rəğbəti ilə qarşılanıb, ona nə az nə çox 3 “Toni” mükafatı qazandırıb. Ən məşhur rolu “Sanset bulvarı” musiqili tamaşasında Norma Desmond roludur. Böyük kinoda isə ilk dəfə 80-ci illərin əvvəllərində çəkilib. Elə aldığı ilk rola görə (“Harp aləmi” filmində) “Oskar” mükafatına namizəd olub. Çəkildiyi filmlərdə daha çox psixoloji problemləri olan antoqonistləri canlandırıb. Belə filmlərdən olan “Faciəli ehtiras”da tərəf-müqabili Maykl Duqlas olub. Aktrisanın sənət zirvəsi “Təhlükəli əlaqələr” romanının eyniadlı ekranizasiyasında oynadığı amansız markiza De Mertey rolu sayılır. Eyni zamanda “101 dalmatin” uşaq bədii filmində yaratdığı obrazla şöhrət qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Glenn_Close

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç