Ayra Levin

Ayra Levin

Ssenarist, prodüser

BİOQRAFİYA

Ayra Levin 27 avqust 1929-cu ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində doğulub. Uşaqlıq illərini Manhetten və Bronksda keçirib. 1950-ci ildə fəlsəfə və ingilis dili üzrə Nyu-York universitetini bitirib. 22 yaşında “Ölüm ayağında öpüş” adlı ilk romanını yazır. Həmin əsərə görə "Edqar Alan Po" mükafatına layiq görülüb. İlk pyesi Mak Himenin “Serjant olmaq çətin işdi” romanının adaptasiyası olub. 1958-ci ildə pyes ekranlaşdırılır və baş rollardan birinə Nik Adams çəkilir. 1964-cü illərdə pyesin əsasında televiziya serialı çəkilir. 1967-ci ildə Levinin ən məşhur romanı sayılan “Rozmarinin övladı” kitabı dərc olunur. Böyük kinoda daha çox “Rozmarinin övladı” (1968), “Stepford qadınları” (2004/1975) filmlərinin ssenaristi kimi tanınır. 2007-ci ildə Manhettendə ürək tutmasından vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%B2%D0%B8%D0%BD,_

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç