Maykl Lembek

Maykl Lembek

Rejissor

BİOQRAFİYA

Maykl Lembek 25 iyun 1948-ci ildə Nyu-Yorkda (ABŞ) aktyor ailəsində anadan olub. 1966-cı ildə Beverli Hils orta məktəbini bitirib. Rob Rayner, Albert Bruks və Riçard Dreyfus kimi Hollivud ulduzları onun məktəb yoldaşları olub. Daha sonra aktyor sənəti üzrə Los-Anceles şəhər kollecində oxuyub. Dövlət Kaliforniya universitetində eyni ixtisas üzrə ali təhsil alıb. Həmçinin müğənnilik, rəqs üzrə kurslara gedib və yay tamaşalarında iştirak edib. Aktyor karyerasını 60-cı illərdə başlayır və rejissor kimi debütünü isə 1970-ci illərdə edir. Ən parlaq rolu “Bircə dəfə” adlı komediyada Maks Xorvat roludur. Eyni zamanda Meri Harmanın serialında xəbərçi Klete Meyzenxeymer rolunu oynayıb. Həmçinin “C bölüyünün oğlanları” filmində Vinni Fazio rolu ilə tanınır. 1995-2000-ci illər ərzində yayımlanan “Dostlar” teleserialının rejissorudur. Eyni zamanda “Diş Pərisi” (2010), “Santa-Klaus 3” filmini lentə alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%BC%D0%B1%D0%B5%D0%BA,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç