Oksana Korostışevskaya
Aktrisa
Oksana Korostışevskaya 19 mart 1975-ci ildə Minskdə doğulub. Atası müəllim, anası belarus opera teatrının solisti olub. Minskdə 12 saylı məktəbdə oxuyub. İdman rəqsləri studiyası, teatr studiyası və Pantomim teatr studiyasında çalışıb. Musiqi məktəbinin xor bölməsini bitirib. 1993-cü ildə Moskvaya köçüb və “Marqo” model agentliyində hərəkət və plastika üzrə təlimatçı işləyib. 1994-cü ildə Rusiya dövlət kinematoqrafiya institutunun aktyor fakültəsinə daxil olub. Eldar Ryazanovun “Suyun lal axanı” filmində jurnalist Cekki rolu ilə kinoda debüt edib. Daha sonra “Modern oyunlar” (2003) filmində rol alıb. Həyat yoldaşı Maksim Korostışevskinin rejissor debütü olan “Sarsaq qadın” filmində Ulyana Tulina rolu ilə şöhrət qazanıb. Filmin uğuru ona “ən yaxşı qadın rolu” nominasiyası üzrə “Amur payızı” festivalının mükafatını qazandırıb. Eyni zamanda əri Maksimin 2012-ci ildə çəkdiyi “Zəfər əsgərləri” filmində aldığı rolla tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: