Pərviz Məmmədrzayev
Aktyor
Pərviz Məmmədrzayev 13 fevral 1971-ci ildə anadan olub. 1994-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr kollektivinin rejissoru fakültəsini bitirib. 1994-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Pərviz Məmmədrzayev bu müddət ərzində S.Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B.Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S.Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş.Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq edib. Pərviz Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs alıb. 2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlayaraq, "Simsar" teatr-studiyasını yaradır. Teatr-studiya "Vaqa" adli ilk tamaşasını 2011-ci il yanvarın 27-də göstərir. "Yaddaş", "Əli və Nino" və s. filmlərdə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: