Şennon Elizabet

Şennon Elizabet

Aktrisa

BİOQRAFİYA

Şennon Elizabet Fadal 7 sentyabr 1973-cü ildə Hyuston şəhərində (Texas ştatı, ABŞ) anadan olub. Elizabetin atası əslən livanlı, anası isə irland, alman və hindu əsillidir. O, Ueyko əyalətində yoxsul şəraitdə böyüyüb. Yuxarı siniflərdə tennislə məşğul olub və hətta peşəkar səviyyədə tennisçi olmağı götür-qoy edib. Böyük kinoya gəlişindən əvvəl model işləyib. Böyük ekranda “Amerika piroqu”, “Çox qorxulu kino” və “Co və Sakit Bob cavab zərbəsi endirir” filmlərində aldığı rollarla məşhurlaşıb. Eyni zamanda “13 kabus”, “Qulyabanılar” və “Şeytanlar gecəsi” qorxu filmləri ilə tanınır. “Amerika piroqu” filmində çexiyalı gözəlçə Nadya rolu ona seks-simvol adını qazandırıb. Elizabet bir neçə o qədər də uğurlu olmayan layihənin o cümlədən “Qar adamı” (1997) və “Dəlibaşlar” (2000) filminin çəkilişlərində iştirak edir. Onun “Amerika piroqu” gənclər üçün komediyada aldığı rol kino karyerasında bir tramplin rolunu oynayıb. Filmlərin beləcə ardı gəlir və “Çox qorxulu kino”, “Cey və Dinməz Bob cavab zərbəsi endirir”, “Mart pişikləri” filmlərində çəkilir. “Təkbətək” teleserialının sonuncu mövsümündə iştirak etdikdən sonra, UPN telekanalında yayımlanan “Cuts” sitkomunda baş rollardan birini ifa edib. Hər iki serialın yayımı 2006-cı ildə dayandırılıb. Elizabet həmçinin “Şou 70-ci illər”in bir neçə epizoduna da çəkilib. 1999-cu ilin avqustunda “Playboy” kişi jurnalı üçün çılpaq poz verib. 2000 və 2003-cü illərdə “Maxim” jurnalının səhifələrində fotoşəkilləri dərc olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BB%D0%B8%D0%B7%D0%B0%D0%B1%D0%B5%D1%82,_%D0%A8%D0%B5%D0%BD%D0%BD%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç