Didrih Bader

Didrih Bader

Aktyor

BİOQRAFİYA

Didrih Bader 24 dekabr 1966-cı ildə Aleksandriya (Virciniya ştatı) şəhərində anadan olub. Valideynləri əslən almandırlar. Anası Qretta Bader heykəltaraş, atası siyasətçi olub. Ata tərəfdən ulu babası Atlantik Siti şəhərinin (Nyu-Cersi ştatı, ABŞ) meri olub. Didrihin iki yaşı olanda ailəsi ilə birgə Parisə köçüb. Orta məktəbdə oxuduğu illərdə vətəninə geri qayıdıb və təhsili Qruvton orta məktəbində davam etdirib. Şimali Karolina İncəsənət Universitetində incəsənət üzrə ali təhsil alıb. 1998-ci ildən aktrisa Dalsi Rocerslə evlidir. Karyerasına gəlincə, “Beverli Hilz şəhzadəsi”, “Ulduz yolu: Növbəti nəsil”, "Kvant atlayışı”, “Diaqnoz: Qətl” və “Şən kampaniya” kimi populyar teleseriallara qonaq aktyor kimi dəvət aldıqdan sonra 1993-cü ildə “Təhlükəli teatr” serialında baş rolu ifa edir. Həmin il “Beverli Hilzdən olan kəndçi” filmində kino debütünü edir. 1995-ci ildən başlayaraq “Drü Keri şousu”nda çəkilməyə başlayır. Bader bir çox tanınmış cizgi filmlərinin o cümlədən “Dağın kralı”, “Herkules”, “Buzlaşma dövrü”, “Simpsonlar”, “Baz Layter”, “Madaqaskarlı pinqvinlər”də müxtəlif personajların səsləndirilməsi ilə məşhurlaşıb. 1999-cu ildə “Ofis məkanı”, 2004-cü ildə “Napaleon dinamit” filmlərində aldığı rollar uğurlu olub. “Kosmik dostlar” Disney filmində rusiyalı kosmonavt Yurinin rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Diedrich_Bader

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç