Deni Lavan 17 iyun 1961-ci ildə Parisin Neyi-sür-Sen adlı şəhərkənarı qəsəbəsində dünyaya göz açıb. 1982-ci ildən kinoya çəkilir. 1983-cü ildə aktyoru, öz debüt rejissor işi olan “Oğlan qızla tanış olur” filminə baş rol axtaran Leos Karaks kəşf edib. Daha sonra Lavan Karaksın “Pis qan” (1986) və “Yeni körpünün aşiq və məşuqəsi” (1991) filmlərinə çəkilir. Hər iki lentdə Jülyet Binoşla tərəf-müqabili olub. Bu film, Lavanı "ən yaxşı aktyor" kateqoriyası üzrə Avropa kinoakademiyası mükafatına namizəd edir. Hər üç filmdə Lavanın oynadığı qəhrəmanın adı Aleks olub (rejissorun əsl adıdır). 1999-cu ildə “Gözəl iş” filminə çəkilib. 2007-ci ildə amerikalı müstəqil rejissor Harmoni Korinanın “Cənab Tənhalıq” filmində Çarli Çaplinin oxşarı rolunu oynayıb. Rolu tam mənimsəmək üçün ingilis dilində az qala bir kəlmə belə bilməyən fransız aktyor dil kurslarına yazılmalı olub. 2008-ci ildə Lavan Leos Karaksın daha bir filminə “Tokio”ya çəkilir. Son illərdə ən uğurlu rolu, 2018-ci ildə lentə alınmış qorxu filmi “Paris: Adamyeyənlər şəhəri” filmində oynadığı rol sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%B2%D0%B0%D0%BD,_%D0%94%D0%B5%D0%BD%D0%B8