Mariya Dizziya

Mariya Dizziya

Aktrisa

BİOQRAFİYA

Mariya Dizziya 29 dekabr 1974-cü ildə Nyu-Cersinin Belvil şəhərində anadan olub. 2010-cu ildə “Növbəti otaqda” tamaşasında oynadığı rola görə ən yaxşı qadın rolu nominasiyasında “Toni” mükafatına namizəd olub. Eyni zamanda mötəbər teatr mükafatı sayılan “Drama Desk”in nominantlarından olub. Dizziya Kornel Universitetinin məzunudur. Kaliforniya Universitetində isə magistr dərəcəsini əldə edib. Gənc yaşlarında mütəmadi olaraq teatr səhnələrində çıxış edib. Bundan əlavə “Sevgi və digər hallar” (2009), “Marta, Marsi Mey, Marlen (2011), “Riskin son həddi” (2011), “Xoşbəxt və qəmgin” (2013), “Nə qədər ki, gəncik” (2015), və “Həqiqi hekayə” (2015) kimi filmlərdə ikinci dərəcəli rollarda oynayıb. Teleməkanda ən çox Netflix-in “Narıncı” (2013-2014) teleserialı ilə məşhurdur.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Maria_Dizzia

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç