Rupert Quld

Rupert Quld

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Rupert Quld 18 fevral 1972-ci ildə Hayqeyt şəhərində (Böyük Britaniya) doğulub. Rupertin atası biznes-məsləhətçisi, anası isə uşaqlar üçün kitab yazarı olub. İlk təhsilini "University College" məktəbində alıb. 1994-cü ildə Kembricin Triniti kollecini bitirib, daha sonra Nyu-York universitetində səhnə sənəti üzrə ali təhsil alıb. 1995-ci ildə Donmar Ueyrhaus teatrında təcrübə keçib. 2000-2005-ci illərdə "Royal" və "Dernqeyt" teatrının bədii rəhbəri olub. Quldu Britaniyada tanıdan iş 2007-ci ildə "Çiçester" festival teatrında quruluş verdiyi “Makbeet” tamaşası olub.Teatrdakı uğurları onu Nyu-York Brodveyinə qədər aparıb. Rejissor karyerası ərzində Evening Standard qəzetinin mükafatını qazanıb (2007), 2008-ci ildə isə Lorens Olivye adına mükafata layiq görülüb. 2009-cu ildə “Oliver” musiqili teletamaşasının rejissoru təyin olunub. Böyük kinoda ən uğurlu işləri “Həqiqi hekayə” (2015), “Boş tac” (2012), “Kral III Karl” (2017), “Cudi” (2019) filmləri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Rupert_Goold

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç