Son He-Gö
Aktrisa
Son He-Gö Cənubi Koreyadan olan aktrisa və modeldir. 22 noyabr 1981-ci ildə Seul şəhərində anadan olub. Körpə olan zaman o qədər cılız və zəif olub ki, aztəminatlı valideynləri onun sağ qalacağına ümid etməyib və ona görə uşağın doğumu faktını uzun müddət dövlət qeydiyyatından keçirməyib. Yalnız qız sağaldıqdan sonra valideynləri doğum haqqında şəhadətnamə alıblar. Ona görə də şəhadətnamədə 22 noyabr əvəzinə 26 fevral tarixi göstərilib. Dediyinə görə ailəsi ad gününü 22 noyabrda qeyd edir, iş yoldaşları isə onu pasportda göstərilən gündə təbrik edir. Uşaqlıqda fiqurlu konkisürmə, üzgüçülük ilə məşğul olub, fortepiano kursuna gedib .Qızlar məktəbini, ardınca isə qızlar gimnaziyasını bitirib. Daha sonra Se Çyon universitetinə daxil olub. 1988-ci ildə çəkildiyi “Xoşbəxt səhər” filmindən sonra məşhurlaşıb. Elə həmin il, məktəb geyimləri hazırlayan firmanın keçirdiyi gözəllik müsabiqəsində əsas mükafatı qazanır. Ona populyarlıq qazandıran rollar “Qəlbimdəki payız” (2000) serialı və “Va-bank” (2002) serialllarında aldığı rollar olub. Cənubi Koreyalı tamaşaçıların qəlbini 2004-cü ildə lentə alınmış şən və pozitiv süjetli “Sevimli ev”(2004) filmində oynadığı rolla fəth edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
http://www.iloveasia.su/son-khe-ge.html