Deniel Kaluya
Aktyor, ssenarist
Deniel Kaluya 24 fevral 1989-cu ildə Londonda (İngiltərə) Uqandadan olan mühacirlərin ailəsində doğulub. Dünya şöhrətini ona rejissor və yumorist Cordan Pilin 2017-ci ildə lentə aldığı “Rədd ol!” filmi qazandırıb. Baş rolu ifa edən aktyor bir sıra mötəbər kinofestivalların mükafatını qazanır və "Ən yaxşı aktyor" kateqoriyası üzrə “Oskar”, “BAFTA”, “Qızıl Qlobus” mükafatlarına namizəd olur. 2018-ci ildə "BAFTA"nın “Ucalan ulduz” kateqoriyası üzrə mükafata layiq görülür. Aktyor Britaniyanın “Südəmərlər” (2007-2009) serialında rol alıb, həmçinin bir neçə epizodun ssenaristi olub. “Qara güzgü” adlı müasir texnologiyaların təhlükələrindən bəhs edən məşhur serialda “15 milyon qazanc” epizodunda canlandırdığı melanxolik obrazla tənqidçilərin etimadını qazanıb. 2011-ci ildə “Agent Conni İnqliş: Təkrar işəsalma” filmində agent Taker rolunda çıxış edib. 2018-ci ildə ən uğurlu rollarından biri Marvelin “Qara bəbir” blokbasterində Vekabi rolu olub. O, sevgilisi Amanda ilə birlikdə Londonda yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Daniel_Kaluuya