Stiven Danem

Stiven Danem

Aktyor

BİOQRAFİYA

Stiven Danem 14 sentyabr 1964-cü ildə Bostonda (ABŞ) anadan olub. Uşaqlıq illərini Nyu-Hempşir ştatının Mançester şəhərində keçirib. Aktyor debütü 90-cı illərin əvvəlinə təsadüf edir. Sonralar “Moda jurnalı”, “DAG”, “Buna görə səni sevirəm”, “Xronika”, “Dəbdəbəli yaşayış” və “Klivlend gözəlçələri” kimi teleseriallara çəkilir. Böyük kinoda 1999-cu ilin blokbasteri sayılan “Mumiyada” rol alıb. Bundan başqa “Trafik” (2000), “Bacarırsan, məni tut” (2002), “Qəzəbin idarəolunması” (2003), “Bədheybət qayınana” (2005), “Xüsusi təhlükəli” (2012) kimi filmlərdə çəkilib. Onun sonuncu rolu 2012-ci ildə “Paranormal hadisələr 4“ filmində Daq ailəsinin başçısı rolu olub. Stiv Danem həmin il Berbank şəhərində keçirdiyi infarktdan bir neçə gün sonra vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Stephen_Dunham

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç