Loran Stoker

Loran Stoker

Aktyor

BİOQRAFİYA

Loran Stoker 23 may 1973-cü ildə Fransanın Sen-Dizye şəhərində anadan olub. 1993-1996-cı illərdə Jerar Filipin Atelyesi adlı təhsil müəssisəsində oxuyub. Daha sonra Dram incəsənəti üzrə Ali milli konservatoriyada Madelin Marion, Daniel Mesqişa və Filipp Edrian emalatxanasında çalışıb. 14 iyun 2001-ci ildən tanınmış fransız teatrı “Komedi Fransez”in truppa üzvüdür. 2008-ci ildə “Juste la fin du monde” tamaşasına görə “ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyası üzrə “Molyer” teatr mükafatına layiq görülüb. 20-dən çox film və serialda çəkilib. Ən məşhur rolu rejissor Klod Berrinin “Sadəcə Birlikdə” filmində oynadığı Filiber Marke de Tübilye roludur. Bu filmdə oynadığı rola görə “Sezar” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Laurent_Stocker

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç