Tomer Sisle
Aktyor, ssenarist
Tomer Sisle 14 avqust 1974-cü ildə Berlində (Almaniya), yəhudi ailəsində anadan olub. Valideynləri Litva və Yəmən yəhudilərinin nəslindəndir. 1983-cü ildə boşandıqdan sonra atası onu özüylə Fransaya aparıb. Fransız dilində bir kəlmə belə danışa bilməyən doqquz yaşlı Tomer yerli məktəbə daxil olur və yeni şəraitə çox qısa müddət ərzində adaptasiya olur. Gələcək aktyor Nitsa yaxınlığında yerləşən Beynəlxalq Valbon Mərkəzinin nəzdində fəaliyyət göstərən internat-məktəbdə oxuyub. Həmin məktəbdən Vensan Kassel, Matye Kassovits və digər məşhurlar da çıxıb. Sislenin aktyor sənəti üzrə müəllimi 10 ildən çox birgə çalışdığı Cek Uolser olub. Sisler uşaqlıqdan komediya aktyoru olmaq istədiyinə görə tez-tez yumoristik verilişlər və sitkomların kastinqlərinə gedirdi. Sonunda bəxt onun üzünə gülüb, o, debüt işi olan “Süd studiyası” adlı komediya serialında rol almağa nail olub. Daha “Dağlı” serialının bir neçə seriyasında oynayıb, məhz həmin serialdan sonra Tomer Sisle səhnə adını götürüb (əsl adı Tomer Qazitdir). Bundan əlavə “İttifaq barmaq axtarır” (1997), “Yolunu azanlar” (2001), “Labirintlər (2003) kimi filmlərdə çəkilib. Paralel olaraq stend-ap janrında öz karyerasını inkişaf etdirib. Məşhurlaşdıqdan sonra 2004-cü ildə ölkənin ən populyar verilişlərindən olan Jamel Debbuzun şousuna dəvət olunub. 2006-cı ildə Jüli Depardye və Marion Kotiyarla birgə “Sən və mən” adlı romantik komediyaya çəkilib, daha sonra 2007-ci ildə “Quldurlar” detektiv trillerində rol alıb. Ona ən çox şöhrət qazandıran film 2011-ci ildə lentə alınmış “Yuxusuz gecə” filmidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: