Ceyms Ceks

Ceyms Ceks

Prodüser

BİOQRAFİYA

Ceyms Ceks 29 dekabr 1947-ci ildə Los-Anceles şəhərində (ABŞ) anadan olub. Kinoprodüser 50-dən çox filmin ərsəyə gəlməsində iştirak edib. Onların arasında bir neçə blokbasterlər yer alır. Ceks hərbçi ailəsində boya-başa çatıb. Karneqi universitetində mühəndis ixtisasına yiyələnib. Kino karyerasına Universal Studios şirkətinin icraçı direktoru olaraq başlayıb və “Alpahville Films” şirkətinin prodüseri olub. Son illərində “Frelaine” kinoşirkətində çalışıb. Onun ən uğurlu kommersiya layihəsi “Mumiya” prikvel (Əqrəblərin şahı) və sikvelləri sayılır. Həmçinin “Çaqqal” (1997), “Çətin hədəf” (1993), “Vergi” (2000) kimi reytinqli kinofilmlərə prodüserlik edib. 20 yanvar 2014-cü ildə ürək tutmasından dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/James_Jacks

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç