Şon Mürrey

Şon Mürrey

Bəstəkar

BİOQRAFİYA

Şon Mürrey 1965-ci ildə ABŞ-ın Santa Barbara şəhərində anadan olub. Bir sıra Amerika kinofilmlərinin, seriallarının, verilişlərinin və video oyunlarının bəstəkarı kimi tanınır. “Şəkil oğruları” filmi, “Baffi- vampir ovçusu” serialı, “True Crime: Streets of LA” kompüter oyunu üçün musiqi bəstələyib. Daha sonra “Treyarch” studiyası ilə əməkdaşlığa başlayıb “Call of Duty: World at War” (2008) və “Call of Duty: Black Ops” (2010) oyunlarının mahnısını bəstələyib. Şon Mürrey amerikalı aktyor və “Oskar” mükafatına namizəd olmuş Don Mürreyin oğludur. İki qardaşı var. Santa-Barbarada boya-başa çatıb, Bruks İnstitutu nəzdində kinematoqrafiya məktəbində oxuyub. Orada bir sıra tələbə kinofilmləri üçün musiqi bəstələməyə başlayıb. Mürreyin debüt işi 19 yaşında gerçəkləşib. “Əqrəb” adlı döyüş filminin bəstəkarı olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sean_Murray_(composer)

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç