Maykl Cey Uayt

Maykl Cey Uayt

Aktyor

BİOQRAFİYA

Maykl Cey Uayt 10 noyabr 1967-ci ildə Bruklində (Nyu-York ştatı, ABŞ) anadan olub. Uşaqlıqdan idmanla məşğul olmağa başlayıb və artıq 14 yaşı olanda məşq yolu ilə 86 kq əzələ kütləsi toplaya bilib. Kolleci bitirdikdən sonra 3 il müddətində emosional pozuntuları olan uşaqlar üçün xüsusi məktəbdə, müəllim kimi dərs keçməyə başlayıb. Daha sonra Maykl Cey Uayt kino sahəsi ilə bağlı ilk təkliflər almağa başlayıb. 1997-ci ildə “Spaun” blokbasterində superqəhrəmanı canlandırmış ilk qaradərili amerikalı olub. Həmçinin “Universal Əsgər 2” filmində canlandırdığı “Set” obrazı ilə məşhurlaşıb. “Ölümcül döyüş: İrs” internet serialında Ceks rolunu oynayıb. Bundan başqa “Heç vaxt təslim olma” saqasında və bir sıra döyüş filmlərinin çəkilişlərində və səsləndirilməsində iştirak edib.


Ətraflı məlumat üçünaşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Jai_White

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç