Devid Peymer

Devid Peymer

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Devid Peymer 30 avqust 1954-cü ildə Lonq-Aylend (Nyu-York) şəhərində musiqiçi və turbiznes əməkdaşının ailəsində dünyaya göz açıb. Yəhudi əsillidir. Aktyorun anasının ailəsi ikinci dünya müharibəsi illərində Belçikadan ABŞ-a qaçıb. Peymerin valideynləri ona ənənəvi yəhudi tərbiyəsi verib və onun həkim və ya hüquqşünas peşəsi seçməsi üçün təkid ediblər. Atası biznesdən ayrıldıqdan sonra musiqi ilə məşğul olmağı qərara alır. Uşaqlıq illərindən aktyor olmağı arzulayan Peymer üçün bu əla fürsət olur. Ana tərəfinin narazılığına baxmayaraq, Miçiqan universitetinə daxil olub və incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. Kino karyerasına 1979-cu ildə Artur Hillerin “Cayıllar” kinokomediyasında aldığı rolla başlayıb. 90-dan çox filmdə ikinci plan rollarda çəkilib. Billi Kristalın debüt filmi sayılan “Mister şənbə axşamı”na görə "ən yaxşı ikinci dərəcəli aktyor" kateqoriyası üzrə “Oskar” və “Qızıl Qlobus” mükafatına namizəd olub. Devid Peymer Liz Corcla evlidir. Cütlüyün iki uşağı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Paymer

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç