Bear Makkriri

Bear Makkriri

Bəstəkar, aktyor, prodüser

BİOQRAFİYA

Bear Makkriri 17 fevral 1979-cu ildə Fort Lauderdeyl şəhərində (Florida ştatı, ABŞ) professor ailəsində anadan olub. Erməni və irland əsilli bəstəkardır. Hazırda Los-Anceles şəhərində yaşayıb-yaradır. Daha çox “Qalaktika ulduz kreyseri” (2004-2009) teleserialının bəstəkarı kimi tanınır. “Çillerama” (2011), “Sonni və Şerin əhvalatı” (1999), “Qeybət” (2003), “Angry Video Game Nerd: The Movie” video oyununun səsləndirilməsi və çəkilişlərində iştirak edib. “Krutiz krallığının sərkərdələri” (2013), “İrəli addım 3D” (2010), “Yanlış döngə 2: Dalan” (2007) kimi filmlərin, AMC telekanalında yayımlanan dünyanın ən məşhur seriallarının onluğunda yer alan “Gəzən ölülər” (2010-2015) serialının musiqisini bəstələyib. Eyni zamanda bir sıra video oyunların bəstəkarıdır. “Davinçinin iblisləri” (2013-2015) serialına yazdığı saundtrekə görə “Emmi” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bear_McCreary

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç