Elison Qoldfrepp

Elison Qoldfrepp

Bəstəkar, prodüser

BİOQRAFİYA

Elison Qoldfrepp 13 may 1966-cı ildə İngiltərənin Enfild şəhərində doğulub. Bəstəkar, klavişli musiqi alətləri ifaçısı və çox istedadlı vokalistdir. Yeniyetməlik illərində musiqi və ya təsviri incəsənətlə məşğul olmaqla bağlı tərəddüd yaşayıb. Əvvəlcə həyatında incəsənət dominantlıq təşkil edib. Ona görə də Elison Middlseks universitetinə daxil olur və incəsənət üzrə təhsil alır. Ancaq zaman keçdikcə musiqi sahəsinə yönəlir. Musiqi dünyasından bir çox insanlarla dostluq münasibətləri qurur. 1995-ci ildə yaxın dostu Trikinin debüt albomunda bir çox vokal partiyaları Elison səsləndirir. Daha sonra 90-сı illərin sonlarında isə o, artıq öz peşəkar kompozisiyalarını bəstələməyə başlayır. 2000-ci ildə “Felt Mountain” adlı ilk birgə albomu işıq üzü görür. Elisonun ürək oxşayan vokalı və instrumentalist Qreqorinin müxtəlif alətlərdə mahir ifaçılıq bacarığı onlara folk, kabare, 60-cı illərin popu və müasir elektronika kimi musiqi janrlarının uğurla öhdəsindən gəlməyə kömək edib. O, həmçinin “Bizim hekayə” (qısametrajlı) (2014), “Con Lennon olmaq” (2009), “Mənin sevgi dolu yayım” (2004) kimi filmlərin saundtreklərinin bəstəkarı kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Alison_Goldfrapp

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç