Sem Teylor-Conson
Rejissor, ssenarist, prodüser, aktrisa
Sem Teylor-Conson 4 mart 1967-ci ildə İngiltərənin Kroydon şəhərində dünyaya göz açıb. Atası yoqa təlimçisi, anası astroloq olub. Sem karyerasına 90-cı illərin əvvəllərində rəssam olaraq başlayır. Gənc britaniyalı rəssamlar kimi tanınan qrupun nümayəndələrindəndir. Sonradan kinematoqrafiya sahəsinə baş vuran rejissor, 1994-cü ildə böyük kinoda ilk və yeganə roluna çəkilib (“Görüş” filmində barda işləyən qadın rolunu oynayıb). 90-cı illərin sonunda rejissor karyerasına start verib və “Uyğunsuzluq” (1996) filmi ilə debüt edib. O eyni zamanda ssenarist, prodüser və fotoqrafdır. 1997-2009-cu illərdə Sem incəsənət əsərlərinin alqı-satqısı ilə məşğul olan Cey Coplinqlə ailəli olub. Birgə nikahdan iki qız övladları var. 2009-cu ilin əvvəlindən etibarən 90-cı il təvəllüdlü aktyor Aaron Consonla görüşür. Həmin ilin oktyabr ayında cütlük nişanlandıqlarını elan edib, 2012-ci ildə isə nikahı rəsmiləşdiriblər. Cütlüyün birgə nikahdan iki qızı var.1997-ci ildə Semin 30 yaşı olanda, ona xərçəng diaqnozu qoyulub. Uzun müalicədən sonra rejissor xəstəliyə qalib gəlib. Daha sonra 2000-ci ildə xərçəng yenidən üzə çıxıb (bu dəfə süd vəzisində), ancaq yenə də Cey ölümdən qurtulub.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: