Kristina Riççi

Kristina Riççi

Aktrisa, prodüser

BİOQRAFİYA

Kristina Riççi 12 fevral 1980-ci ildə Los-Ancelesdə (ABŞ) anadan olub. Vəkil Ralf Riççi və daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Sara Mördokun ailəsində böyüyüb. Atası hüquq sahəsinə gəlişindən əvvəl evində psixoanalitik işləyib. Kristina uşaq olarkən tez-tez qonşu otaqda atasının apardığı seanslar zamanı gələn səsləri dinləyib, eşitdiklərini sonradan anası üçün dialoq şəklində parodiya edib. Ailə sonradan Nyu-Cersi ştatına köçüb, 13 yaşı olan zaman valideynləri boşanıb. Böyük kinodakı uğurlarına baxmayaraq Kristina heç vaxt aktyorluq üzrə təhsil almayıb. Hazırda Kristinanın öz kino prodakşn şirkəti var. O, eyni zamanda "Louis Vuitton" moda evinin rəsmi simasıdır (Uma Turmanla birgə). Böyük ekranlarda debütü doqquz yaşında “Su pəriləri” filmində baş tutub. Film ona böyük uğur qazandırıb, bir müddət sonra Kristina Vensdi Addamsın çəkdiyi “Adamslar ailəsi“ (1991) komediyasına dəvət alır. Bu rol Riççini ən populyar yeniyetmə aktrisalardan birinə çevirir. İki il sonra o, filmin sikveli sayılan “Adamslar ailəsinin dəyərləri” (1993) filminə çəkilib. Həddi-buluğa çatdıqdan sonra çəkildiyi ilk film Enq Linin “Buzlu külək” filmi olur. Həmin filmdə Kristina qonşuda yaşayan qardaşları ehtiraslandıran yeniyetmə qızı canlandırır. Ümumiyyətlə, Riççinin çəkildiyi bir çox filmlər məhz yetkinlik, cinsi yetişkənlik və cəmiyyətdə öz yerini tapma kimi problemlərə toxunur. Aktrisanın daha çox tanınan rolları arasında Elizabet Vurtselin çəkdiyi “Prozak milləti” və “Seksin əksi” komediyasını, həmçinin Tim Börtonun mistik bədii filmi olan və Conni Deppin baş rola çəkildiyi “Yuxulu dərə” filmini göstərmək olar. Filmdəki əməkdaşlıq sonradan Conni Depplə Kristina arasında möhkəm dostluğa çevrilir. Aktrisanın digər uğurlu filmi “Bədheybət” dramıdır. Həmin filmdə Şarliz Teronun personajının sevgilisi rolunu canlandırır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Christina_Ricci

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç