Martin Henderson

Martin Henderson

Aktyor

BİOQRAFİYA

Martin Henderson 8 oktyabr 1974-cü ildə Oklend şəhərində (Yeni Zelandiya) anadan olub. 13 yaşında yerli telekanallarda müxtəlif proqramlara çəkilməyə başlayıb. Aktyor 1992-1995-ci illərdə yayımlanan “Şortlend-Strit” xəstəxana “sabun operasında” canlandırdığı Stüart Nelson personajı ilə məşhurlaşıb. 1997-ci ildə Henderson Nyu-York şəhərinə köçür. Hollivud “okeanına” baş vurmazdan əvvəl iki il aktyor kurslarına gedib. Kursu başa vurduqdan sonra bir ilə yaxın Los-Ancelesdə filmlərdə rol tapmaq cəhdləri uğursuzluqla nəticələnir. Nəhayət, 2001-ci ildə Con Vunun “Küləklə danışan” filmində ikinci dərəcəli rolda oynamaq şansı qazanır. 2002-ci ildə Henderson məşhur aktrisa Naomi Uottsla bərabər “Zəng” adlı qorxu filminə çəkilir. Filmin böyük uğurundan sonra Henderson Met Kuperin “Mütləq fərqlər” melodramında rol alır. Ancaq film uğursuzluqla üzləşir, kinoteatr kassalarından çox cüzi gəlir əldə edir. Daha sonra rejissor Cozef Kanın çəkdiyi, 2004-cü ildə böyük ekranlara çıxmış “Fırlanan an” filminin kastinqlərindən keçir. 2006-cı il Martin Henderson üçün çox uğurlu il olur. Belə ki, Toni Bilin “Lafayet donanması” hərbi dramına çəkilir, film əsasında qoyulmuş teatr tamaşasında iştirakı ilə tənqidçilərin rəğbətini qazanır. Keri Ford rolu uğurlu alınır və film prokatlardan 46 milyon dollara yaxın gəlir əldə edir. Həmin ildə müğənni Britni Spirslə “Toxik” adlı məşhur klipə çəkilir. 2007-ci ildə Corcano Brüsterlə bərabər “Mister və missis Smit” serialına çəkilib. 2009-cu ildə “Cedar Boys” kriminal dramında rol alıb. 2015-ci ildə ABC telekanalının “Ehtirasın anatomiyası” adlı serialında ürək-damar cərrahı Neytan Riqs rolunda çıxış edib.

Əlavə məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Martin_Henderson

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç