Cerald Makreyni

Cerald Makreyni

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Cerald Li Makreyni 19 avqust 1947-ci ildə Kollinz şəhərində (ABŞ) dünyaya göz açıb. Amerikalı teatr və kino aktyoru daha çox “Saymon və Saymon” və “Vədd olunmuş torpaqlar” filmlərində oynadığı rollarla məşhurlaşıb. Həmçinin “İerixon” teleserialında mer Conston Qrin roluna görə tanınır. Makreyni şotland miqrantların ailəsində böyüyüb. Aktyor olmazdan əvvəl Missisipi Universitetində təhsil alıb. Təhsili başa vurduqdan sonra bir müddət Luiziana ştatının neft yataqlarında işləyib. 1989-cu ildə “Saymon və Saymon” filminin çəkilişlərində tanış olduğu aktrisa Delta Byorkun həyat yoldaşıdır. Siyasi baxışlarına görə respublikaçıdır və silah alverinin qadağan edilməsi ilə bağlı ABŞ-da geniş vüsət alan kampaniyaya qarşı çıxır. Televiziyada ilk rolu “Tüfəngdən qalxan tüstü” serialında olub. Bundan başqa “Qanlı dəhşət gecəsi” (1969) adlı kiçik büdcəli filmdə, “Hazzardan olan sarsağlar” serialı, həmçinin “Əcdadlar: növbəti nəsil” serialına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gerald_McRaney

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç