Adrian Martines
Aktyor, prodüser, ssenarist
Adrian Martines Nyu-Yorkda (ABŞ) anadan olub. Aktyorun kino sahəsində debütü 1993-cü ildə baş tutub. O, “Onları Amerika axtarır” adlı sənədli serialda epizodik rolda oynayıb. Aktyor əsasən müxtəlif layihələrdə ikinci dərəcəli obrazları canlandırıb. Karyerasında ən önəmli yer tutan filmlərə 1998-2004-cü illər ərzində dəvət alıb. Bunlara misal olaraq “İdeal qətl” (1998) və “Nyu-York taksisi” (2004) filmlərini nümunə göstərmək olar. 2009-cu ildə Martinesin filmoqrafiyasında “Veronika ölməyə qərar verir”, “123 nömrəli qatarın təhlükəli sərnişinləri” kimi bədii filmlər yer alır. 2010-cu il aktyorun yaradıcılığında ən gərgin il sayılır. Martines 12 ay ərzində dörd proyektdə yer alır, o cümlədən “Kickass” adlı məşhur komediya filminə çəkilir. 2011-2013-cü illər ərzində Adrian bir neçə maraqlı bədii filmlərin çəkilişinə qatılır. Buna “Yapışqan”, “Çox ucadan və hədsiz dərəcədə yaxından”, “Piranilər 3DD”, “Uolter Mittinin inanılmaz həyatı”, “Amerikansayağı fırıldaq” filmlərini misal göstərmək olar. 2014-cü ildə “Fokus”, 2016-cı ildə “Yeni il korporativi” filmində rol alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Adrian_Martinez_(actor)