Qlen Fikarra

Qlen Fikarra

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Qlen Fikarra (ing. Glenn Ficarra) amerikalı rejissor, ssenarist, prodüser və aktyordur. 27 may 1971-ci ildə ABŞ-da anadan olub. Pret İnstitutunda kinematoqrafiya sahəsi üzrə təhsil alıb. Karyerasına “Nickelodeon” animasiya kanalında başlayıb və cizgi filmlərinin hazırlanması ilə məşğul olub. “Bu sarsaq məhəbbət” (2011), “Səni sevirəm, Filip Morris” (2009) kimi filmlərin rejissorudur. “Oyuna qayıdış” (2013) serialının yaradılmasında iştirak edib. “Pişiklər itlərə qarşı” (2001), “Pis santa” (2003) və digər filmlərin ssenarilərini yazıb. Həmçinin “Cayıl qunduzlar” (1997-2001) cizgi filminin ssenaristidir. “Pişiklər itlərə qarşı” (2001) filminin səsləndirilməsində və çəkilişlərində iştirak edib. Eyni zamanda “Pişiklər itlərə qarşı” (2001) filmi və “Oyuna qayıdış” serialının prodüseri vəzifəsini yerinə yetirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Glenn_Ficarra

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç