Kliff Körtis
Aktyor, prodüser
Kliff Körtis 27 iyul 1968-ci ildə Yeni Zelandiyada anadan olub. Aktyor və prodüserliklə məşğul olan Körtis ABŞ-a köçməzdən əvvəl bir sıra Yeni Zelandiya tele və kino layihələrində iştirak edib. ABŞ-da kino karyerasına epizodik rollarla başlayıb. Əsli aborigen maori tayfasından olan aktyor, daha çox Hollivud filmlərində canlandırdığı latın amerikalı və ərəb cinayətkar və terrorçu obrazları ilə şöhrət qazanıb. Daha çox “Keçmiş döyüşçülər” (1994), “Kokain” (2001), "Balinanı cilovlayan” (2002), “Məğlubedilməz 4.0” (2007), “Qara at” (2014), “Sınaq günü” (2001) kimi filmlərə görə tanınır. Bundan başqa AMC-də yayımlanan “Gəzən ölülərdən muğayat ol” adlı populyar serialda Trevis Manava adlı qəhrəmanı canlandırır. 2017-ci ildə “Avatar” blokbasterinin sikvelinin çəkilişlərinə dəvət aldığı haqqında şayiələr yayılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Cliff_Curtis