Şirli Nayt

Şirli Nayt

Aktrisa, prodüser

BİOQRAFİYA

Şirli Nayt 5 iyul 1936-cı ildə Kanzasda (ABŞ) anadan olub. Valideynləri avtomobil yağları istehsal edən şirkətin işçiləri olub. Aktrisa olaraq debütünü 23 fevral 1955-ci ildə efirə çıxan “Pleybil”serialının “Şənbə gecəsi” adlı epizodunda edib. Kinematoqrafiyaya isə 16 fevral 1956-cı ildə “Piknik” filmində oynadığı epizodik rolla qədəm qoyub. Rozalind Rassel, Kim Nokak və Uilyam Holden kimi komediya janrının ulduzları ilə kamera qarşısında“çiyin-çiyinə” çalışıb. Ancaq nədənsə adı heç titrlara belə yerləşdirilməyib. Buna baxmayaarq 3 ildən sonra “Maral dərisi” adlı teleserialda kifayət qədər nəzərəçarpan rol almağa nail olub. Bir il sonra Nayt “Yuxarı pilləkanlardakı kölgə” adlı filmində oynadığı rola görə ən yaxşı ikinci dərəcəli aktrisa nominasiyası üzrə “Oskar” mükafatına namizəd olub.1960-cı illərdə Hollivudla vidalaşaraq özünü Brodveyə həsr edir. 1976-cı ildə “Kennedinin uşaqları” tamaşasının quruluşuna görə “Toni” mükafatına layiq görülüb. 1990-cı illərdən kino və televiziya sahəsində yenidən aktiv fəaliyyətə başlayıb. “Qanun və qayda”, “Təcili yardım” , “Həkim Haus” kimi məşhur seriallara çəkilib. Kinoda ən məşhur rolu “Oskar” mükafatına layiq görülən “Bundan yaxşı ola bilməz” (1997) bədii filmində canlandırdığı Helen Hantın qəhrəmanının anası obrazıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Shirley_Knight

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç