Emi Rayan

Emi Rayan

Aktrisa

BİOQRAFİYA
Emi Rayan 30 noyabr 1969-cu ildə Nyu-Yorkda (ABŞ) anadan olub. 1987-ci ildə aktyorluq məktəbini bitirdikdən sonra, Rayan Nyu-Yorkda teatr tamaşalarında oynamağa başlayır. 1993-cü illərdə tez-tez Brodveydə görünürdü. “Vanya dayı” və “Arzular tramvayı” tamaşalarındakı roluna görə iki dəfə “Toni” teatr mükafatına namizəd göstərilib. 1990-cı illərdə tez-tez televiziya ekranında görünməyə başlayıb. “Qanun və qayda” serialında çəkildikdən sonra populyarlıq qazanan aktrisa bu serialda təxminən 13 il rol alıb. Bununla yanaşı o, “Mən uçuram”, “The Ugly Truth”, “Mərkəzi küçə, 100” seriallarında da çəkilib. Emi Rayan böyük ekranda yalnız 1999-cu ildə “Roberta” filmində görünüb. Ardınca “Dünya müharibəsi” (2005), “Qaçıs planı” (2013), “Casus körpüsü” (2015), “Bördmen” (2014) və sair filmlərdə rol alıb. 2004-cü ildə rejissor kimi “The Hard Easy” filmini çəkib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Amy_Ryan

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç