Tomas Bezuça

Tomas Bezuça

Ssenarist, rejissor

BİOQRAFİYA

Tomas Bezuça 1964-cü ildə ABŞ-da doğulub. Massaçusets ştatının Amherst ştatında universitet müəllimlərinin əhatəsində boya-başa çatıb. Onun çəkdiyi “Ailəyə salamlar” filmində həmin universitetdən görüntülər əksini tapır. Nə qədər qəribə olsa da, amerikalı rejissor və ssenarist Nyu-Yorkda Otis Parsonsun dizayn məktəbində moda üzrə təhsil alıb. Kinematoqrafiyaya gəlişindən əvvəl Bezuça “COACH” şirkətinin kreativ fəaliyyət üzrə icraçı direktoru olub. Onun brendlərinin və imicinin ərsəyə gəlməsinə böyük töhfələr verib. Daha əvvəl isə Ralf Lorenin “POLO” moda evində səkkiz ilə qədər kreativ fəaliyyət üzrə direktor qismində xidmət göstərib. Böyük kinoda debütü sayılan “Böyük cənnət” filmi böyük uğur qazanaraq 2000-ci illərdə bir çox mötəbər kinofestivallarda nümayiş olunub. Film 15-dən çox mükafata layiq görülüb. “Variety” jurnalı Montana əyalətindəki kiçik qəsəbə həyatına qeyri-adi baxışına görə onu ən maraqlı ssenaristlərin onluğuna daxil edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Thomas_Bezucha

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç